• 13 Mart 2025 13:34

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Yaponiyanın baş naziri Donald Trampla ABŞ-da görüşəcək

ByTürkan Şahverdova

Fev 7, 2025
Another advertisement

Yaponiyanın baş naziri Şiqeru İşiba ABŞ-a səfər edib və orada prezident Donald Trampla görüşəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, görüşdə tərəflər müdafiə və iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcəklər.

Bundan əlavə, İşiba, çox güman ki, Yaponiyanın ABŞ-dakı investisiyalarını, həmçinin Yaponiyanın Vaşinqtonun təhlükəsizlik strategiyasında mərkəzi ölkə olduğu Asiya-Sakit Okean regionunda iki ölkənin təhlükəsizlik alyansını müzakirə etməyə çalışacaq.

“Mən öz görüşümdə Prezidentə bir daha təsdiq etmək istəyirəm ki, Yaponiya və ABŞ iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq edəcək və biz sülh üçün birlikdə çalışacağıq, Hind-Sakit okean regionunda və ondan kənarda azadlığı və açıqlığı təşviq edəcəyik”, – İşiba bildirib.

O, görüşdə Donald Trampla etimad yaradacağına ümid etdiyini bildirib.