This is a specific ad

Yaponiyada tayfun 200-dən çox aviareysin təxirə salınmasına səbəb olub

101

Another advertisement

Yaponiyanın Sakit okean sahilləri yaxınlığından keçən “Mavar” tayfunu 200-dən çox reysin təxirə salınmasına, avtomobil və dəmir yolu nəqliyyatının hərəkətində fasilələrə səbəb olub.

Qafqaztürk TASS-a istinadən xəbər verir ki, yerli xilasetmə xidmətlərinin məlumatına görə, gün ərzində 100 mindən çox insan təxliyə ilə bağlı tövsiyə və göstərişlər alıb.

Tokio ilə qonşu İbaraki prefekturasının təxminən 80 min sakini üçün evakuasiya tövsiyələri qüvvədə qalır. Aviadaşıyıcıların məlumatına görə, pis hava şəraiti ilə əlaqədar 263 daxili reys təxirə salınıb. Yağan leysan yağışları dəmir yolu nəqliyyatının işində fasilələr yaradıb, paytaxtı qərbdəki Osaka şəhəri ilə birləşdirən “Tokaydo” sürətli dəmir yolu xəttində hərəkət tamamilə dayandırılıb.

Qasırğa elektrik xətlərinin sıradan çıxmasına səbəb olub, paytaxt ərazisində 3,8 min yaşayış binasını işıqsız qoyub.

Yapon meteoroloqlar əhaliyə leysan yağışlarının həftəsonu da davam edəcəyi və sürüşmə təhlükəsinin mövcudluğu ilə bağlı xəbərdarlıq edib.

Kateqoriya: Region
Sonrakı yazı
Nəzərli inzibati ərazi vahidində yol-nəqliyyat infrastrukturu qurulur
Öncəki yazı
İrakli Ğaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb