Another advertisement
Yaponiyada 5,2 və 5,9 maqnitudada iki zəlzələ baş verib.
“Qafqaztürk”- ün məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.Məlumata görə, birinci zəlzələ Tiba prefekturasında 5,2 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib. Təbii hadisə zamanı 4 nəfər xəsarət alıb.İkinci zəlzələ Okinava prefekturasında Miyakojima adasında 5,9 maqnitudada baş verib.
Zəlzələ ocağı 64 kilometr dərinlikdə yerləşib.Son zəlzələdə dağıntı və tələfat qeydə alınmayıb.