Another advertisement
Tbilisi vaxtı ilə saat 07:42 (UTC), 11:42-də Yaponiyanın cənub-qərbindəki Kyuşu adası yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Bununla yanaşı, Sunami təhlükəsi olduğu da açıqlanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentrinin Miyazaki ərazisi olduğu bildirilir.
Seysmoloqların fikrincə, Miyazaki və Koçi ərazilərində dalğaların hündürlüyü bir metrə çata bilər.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.