Another advertisement
Yaponiyada avqustun 28-də səhər saatlarında “Şanşan” qasırğasının yaxınlaşması səbəbindən 230-dan çox aviareys təxirə salınıb.
QafqazTürk Media bu barədə dünya mətbuatına istinadən xəbər verir.
Verilən məlumata əsasən, gözlənilir ki, avqustun 28-i səhər saatlarında qasırğa Okinava prefekturasının adalarına yaxınlaşacaq, axşam isə cənub-qərbdəki Kyuşu adasını vuracaq.
Bildirilir ki, ən çox uçuşu ləğv edən Yaponiya Hava Yollarıdır.
Qeyd olunur ki, sözügedən tədbirlər ilk növbədə Kyuşu adasındakı hava limanlarına təsir edəcək. Dəmiryol operatorları da mümkün ləğvlər və gecikmələr barədə xəbərdarlıq edirlər.