Another advertisement
Yaponiya Ukraynaya dondurulmuş Rusiya aktivləri ilə təmin edilmiş daha 3 milyard ABŞ dolları köçürəcək.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın baş naziri Şiqeru İşiba ilə söhbətindən sonra bildirib.
Zelenski Yaponiya hökumətinə sığınacaqların və enerji avadanlıqlarının tikintisinə əlavə yardım göstərdiyinə görə təşəkkür edib.
Xatırladaq ki, iki gün əvvəl Ukraynanın ABŞ-dan 1 milyard dollar aldığı və bu vəsaiti dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin etdiyi məlum olub.