Another advertisement
Yaponiyanın Yamaqata prefekturasının parlamenti sakinlərin gündə ən azı bir dəfə gülməsini tələb edən qətnamə qəbul edib.
QafqazTürk.com xəbər verir ki, sözügedən təşəbbüs Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb.
Qanunvericilər tərəfindən hazırlanan layihədə prefektura sakinlərinə fiziki sağlamlığı yaxşılaşdırmaq və əqli dayanıqlığı artırmaq üçün gündə ən azı bir dəfə gülmək tapşırılıb. Bundan əlavə, qətnamə müəllifləri işəgötürənləri iş yerində gülüş üçün əlverişli atmosfer yaratmağa səsləyiblər.