Yaponiyanın baş naziri Fumio Kişidanın hökuməti istefa verib.
QafqazTürk Media xəbər xarici mətbuata istinadən xəbər verir ki, oktyabrın 1-də Yaponiya parlamenti hakim Liberal Demokrat Partiyasının lideri Şiqeru İşibanın hökumətin yeni başçısı təyin edilməsinə səs verəcək.
Şiqeru İşiba dünən növbədənkənar parlament seçkilərinin tərəfdarı olduğunu bildirib.
Yaponiyada erkən seçkilər oktyabrın 27-də, planlaşdırılandan bir il tez keçiriləcək.
İşiba sentyabrın 27-də “Liberal-Demokrat Partiyası”nın sədri seçilib. O, vaxtilə bir neçə dövlət vəzifəsində, o cümlədən 2007-2008-ci illərdə müdafiə naziri, 2008-2009-cu illərdə kənd təsərrüfatı naziri, 2014-2016-cı illərdə isə əhalinin azaldılması və yerli iqtisadiyyatın dirçəldilməsi naziri olub.
Fumio Kişida 2024-cü ilin avqustunda Yaponiyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlamışdı. O, üç il ölkə hökumətinə rəhbərlik edib.