Milli Ekologiya Agentliyi yanvarın 25-27-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Sinoptiklərin verdiyi məlumata görə, Tbilisidə əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Havanın əsasən quru olacağı gözlənilir. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): bəzi yerlərdə az yağıntılar müşahidə oluna bilər. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə az yağıntılar müşahidə oluna bilər. Havanın temperaturu gündüz +2, +7 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplitskaro): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +5, +10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə az yağıntılar müşahidə oluna bilər. Havanın temperaturu gündüz +1, +6 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə zəif qar müşahidə oluna bilər. Havanın temperaturu gündüz 3-2 dərəcə isti təşkil edəcək”, – məlumatda deyilir.