Another advertisement
Yanvarın 1-dən elektrik enerjisinin istehlakçı tarifi aşağı salınır.
QafqazTürk.com xəbər verir ki, Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası cari sessiyada Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının 2008-ci il 4 dekabr tarixli 33 nömrəli “Elektrik enerjisi haqqında” qərarında ediləcək dəyişiklikləri dəstəkləyib.
Qərara əsasən, paytaxt əhalisi üçün həm məişət, həm də qeyri-məişət elektrik enerjisinin tarifi 3 tetri azalır.
SEMEK-in sədri Davit Narmanianın sözlərinə görə, tarifin aşağı salınmasının həm hüquqi, həm də iqtisadi əsasları var.