This is a specific ad

Yanvar-Oktyabr aylarında Gürcüstanın ən böyük ixrac və idxal tərəfdaş ölkələrin siyahısı açıqlanıb

47

Another advertisement

2023-cü ilin yanvar-oktyabr aylarında Gürcüstanın ümumi ixracında on ən böyük ixrac tərəfdaşı ölkənin payı 80,5 faiz təşkil edib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Statistika Xidmətinin ilkin məlumatlarında qeyd olunub.

Statistika məlumatına görə, Azərbaycan ixracatçı ölkə kimi – 713,5 mln ABŞ dolları ilə birinci yeri, Ermənistan – 657,5 mln ABŞ dolları ilə ikinci yeri, Qazaxıstan isə 579,9 milyon ABŞ dolları ilə üçüncü yeri tutur.

İdxala gəlincə, agentliyin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın ümumi idxalında on ən böyük idxal tərəfdaşı ölkənin payı 70,8 faiz təşkil edib.


İlk üçlüyə aşağıdakılar daxildir: Türkiyə – 2 103,9 milyon ABŞ dolları; ABŞ – 1 591,1 mln. ABŞ dolları; Rusiya – 1 481,2 mln. ABŞ dolları.

Saxstat-ın hesabatına görə, cari ilin yanvar-oktyabr aylarında ən böyük idxal-əmtəə qrupu idxalı 2 589,8 mln. ABŞ dolları ilə bütün idxalın 20,4 faizini təşkil edib. İkinci yeri 928,6 mln. ABŞ dolları dəyərində neft və neft məhsulları, üçüncü yeri isə 445,2 mln. ABŞ dolları dəyərində- qablaşdırılmış dərman məhsulları tutub.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
მარნეულში „შოთაობა – 2023“ ჩატარდა
Öncəki yazı
Moskvadan Paşinyanın iddialarına cavab: “Bakıdan sülh sazişinə hazırlığın vacibliyi barədə eşitmişik”