Another advertisement
2023-cü ilin yanvar-may aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 8,360 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 18,9% çoxdur.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, bunun 2,500 milyard ABŞ dolları ixrac(artım 18,5%), idxal isə 5,859 milyard ABŞ dolları (artım 19,1%) olub.
2023-cü ilin yanvar-may aylarında mənfi ticarət saldosu 3,359 mlrd. ABŞ dolları xarici ticarət dövriyyəsinin 40,2%-ini təşkil edib.