This is a specific ad

Yanvar-mart aylarında Gürcüstana 298 285 nəfər rus daxil olub -DİN

110

2023-cü ilin birinci rübündə Gürcüstana ən çox vətəndaş Rusiya Federasiyasından daxil olub.
Another advertisement

2023-cü ilin birinci rübündə Gürcüstana ən çox vətəndaş Rusiya Federasiyasından daxil olub.

QafqazTürk xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayımlayır.

Statistikaya əsasən, 3 ayda  298 285 nəfər rus ölkə sərhədini keçib,  320 236 nəfər rus isə  ölkəni tərk edib. Keçidlərin sayına görə Türkiyə , Ermənistan, Aİ ölkələri, İsrail, Azərbaycan və Ukrayna Rusiyadan sonra ilk altı ölkə sırasındadır.

Qeyd edək ki, bu il Daxili İşlər Nazirliyi sərhəd-keçid statistik məlumatlarının dərci müddətində dəyişiklik edərək aylıq deyil, rüblük məlumatları dərc edir. Bundan başqa, statistikada ilk dəfə olaraq konkret ölkənin neçə vətəndaşının Gürcüstanı tərk etməsi ilə bağlı məlumatlar yayıb.

Rəsmi məlumata görə, 2023-cü ilin birinci rübündə dövlət sərhədi ümumilikdə 3 574 595 dəfə (giriş/çıxış) keçilib. Vətəndaşların 66 faizi əcnəbilər, 34 faizi isə gürcülər olub. Gələnlərdən 732 738 vətəndaş ölkədə 24 saat və daha çox vaxt keçirib, 171 133 vətəndaş isə Gürcüstan ərazisindən keçib.

Yanvar-mart aylarında ən yüksək sərhəd keçidi Sərfi gömrük-keçid məntəqəsində qeydə alınıb. İkinci yerdə Tbilisi Beynəlxalq Hava Limanı, üçüncü yerdə isə Sadaxlı  gömrük-keçid məntəqəsi qərarlaşıb.

Qeyd edək ki, 2022-ci ildə 1 459 546 nəfər Rusiya vətəndaşı Gürcüstanın dövlət sərhədini keçib və illik artım 401% təşkil edib. DİN-in açıqladığı statistika göstərir ki, onların böyük bir hissəsi, 1 405 552 nəfər Rusiyanın Ukraynaya təcavüzündən sonra mart-dekabr aylarında Gürcüstana daxil olub.

Sonrakı yazı
Rusiya vətəndaşları Batumi yaxınlığında yaşayış massivi tikməyi planlaşdırırlar – TI
Öncəki yazı
Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib