This is a specific ad

Yanvar-iyul aylarında Türkiyənin Gürcüstana sement ixracının həcmi açıqlanıb

17

Another advertisement

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artıraraq 42,6 milyon dollara çatdırıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

İyul ayında Türkiyə Gürcüstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,9 faiz artıraraq 7,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 372,6 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Yanvar-iyul aylarında Türkiyənin Gürcüstana polad məhsulları ixracının həcmi
Öncəki yazı
Ərdoğan yaxın vaxtlarda Rusiyaya gedəcək, Putinlə görüşəcək