This is a specific ad

Yanvar-iyul aylarında Türkiyənin Gürcüstana polad məhsulları ixracının həcmi

47

Another advertisement

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Gürcüstana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azaldaraq 90,8 milyon dollara çatdırıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.

İyul ayında Türkiyə Gürcüstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 15,5 faiz azaldaraq 13 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq, 8,3 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 27,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 16 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Türkiyədə məsciddə açıq-saçıq fotolar çəkdirənlərin həbs cəzası məlum olub
Öncəki yazı
Yanvar-iyul aylarında Türkiyənin Gürcüstana sement ixracının həcmi açıqlanıb