Yanvar ayı rekord dərəcədə isti keçdi – klimatoloqlar qlobal istiləşmə ilə bağlı nə proqnozlaşdırırlar?

112

2025-ci ilin yanvar ayı təkcə Ukrayna, Sibir və Qərbi Rusiya üçün deyil, bütün planet üçün rekord qıran isti ay oldu.

Sakit okeanda – adətən temperaturu azaldan təbiət hadisəsi – “La Nina”nın yaranmasına baxmayaraq, bu ilin yanvar ayı Avropa İttifaqının İqlim Mərkəzinin (C3S) məlumatına görə, Avropanın cənub və şərqində, Kanadada, Alyaskada, Cənubi Amerikada, Afrikada, Avstraliyada və Antarktikada orta səviyyədən yüksək temperatur qeydə alınıb.

Klimatoloqlar ümid edirdilər ki, La Nina istiləşmə prosesini bir müddət ləngidəcək, lakin onun cəmi bir neçə ay davam edəcəyi və 2025-ci ilin aprelinə qədər yox olacağı ehtimal edilir.

Qlobal istiləşmə sürətlənir.

Yanvarda Yerin orta temperaturu sənayedən əvvəlki səviyyədən 1,75°C yuxarı idi. Bu, ardıcıl 18-ci aydır ki, qlobal temperatur 1,5°C-i ötüb

Kateqoriya: Cəmiyyət, Dünya, Maraqlı
Sonrakı yazı
DİN Saqarecoda qəsdən adam öldürmə ilə bağlı məlumat yayıb
Öncəki yazı
Marneuli meriyasında Milli Hərbi Xidmətlə bağlı dəyişikliklər müzakirə olunub