This is a specific ad

Yanğınsöndürən-xilasedicilər iyunun 13-də həlak olanların memorialını əklillərlə bəzəyiblər – ƏTRAFLI

94

Another advertisement

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin Yanğınsöndürən-xilasedici Qüvvələr Şöbəsinin əməkdaşları iyunun 13-də həlak olanların memorialını ziyarət edib və xatirəsini ehtiramla yad ediblər.

“Həmçinin ziyarətdə 8 il əvvəl xilasetmə əməliyyatı zamanı 6 nəfəri xilas etmiş, özü isə təhlükəsiz yerə çıxa bilməyərək, qəhrəmancasına həlak olmuş yanğınsöndürən-xilasedici Zurab Muzaşvilini ehtiramla yad etdik” – Fövqəladə Halların İdarəedilməsi Xidmətindən verilmiş məlumatda qeyd edilir.

Qeyd edək ki, iyunun 13-də baş vermiş faciə zamanı Fövqəladə Halların İdarəedilməsi Xidməti hadisələrə müdaxilə edən əsas idarə olub. Onun əməkdaşları gecə boyu fəlakətin episentrində aktiv şəkildə işləyiblər. İlkin cavab tədbirlərindən başqa yanğınsöndürən-xilasedicilər bir neçə həftə ərzində təbii fəlakətin nəticələrinin aradan qaldırılması, axtarış və bərpa işlərinə qoşulmuşdular.

Sonrakı yazı
Ukraynanın Krivoy Roq  şəhərində iyunun 14-ü matəm günü elan edilib
Öncəki yazı
Alman professor müsəlman tələbəyə dini və irqi mənsubiyyətinə görə təhqirlər yağdırıb