Kobuletidə dəmiryol vağzalı yaxınlığında bir nəfər faciəvi şəkildə dünyasını dəyişib.
Yerli sakinlərin sözlərinə görə, o, binada baş verən yanğını söndürmək istəyərkən damdan sürüşərək yıxılıb.
Yerli mətbuatın məlumatına görə, kişi hadisə yerində ölüb. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər yerli sakinlər yanğını təkbaşlarına söndürməyə çalışıblar.