This is a specific ad

Yağış, şimşək, dolu – hansı hava şəraiti gözlənilir?

96

Another advertisement

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 11-də Gürcüstanda hava əsasən yağışsız keçəcəyi, sentyabrın 12-13-də Şərqi Gürcüstanda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Tbilisi şəhərində sentyabrın 11-də və 13-də hava yağışsız keçəcək , sentyabrın 12-də isə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Poti): 11-12 sentyabrda yağış yağmayacağı, sentyabrın 13-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +23, +25 dərəcə təşkil edecək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) sentyabrın 11-də və 13-də yağış yağmayacağı, sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.

Kateqoriya: Gündəm
Sonrakı yazı
11 სექტემბრის ტერორისტული თავდასხმიდან 23 წელი გავიდა
Öncəki yazı
წვიმა, ელჭექი, სეტყვა – როგორი ამინდია მოსალოდნელი?