Yaddaşınızı, beyin funksiyanızı və sağlamlığınızı yaxşılaşdıracaq 10 qida

71

Düzgün yemək zehnimiz və bədənimiz üçün vacibdir. Bəs hansı qidalar beynimizin  ehtiyac duyduğu qida maddəsini ehtiva edir? Sizi bu məhsulların siyahısı ilə tanış edəcəyik.

1. Avokado

Avokado böyük miqdarda antioksidant və E vitamini ehtiva edir. Avokadonun kifayət qədər yüksək kalorili meyvə olmasına baxmayaraq, sağlam və faydalı məhsul hesab olunur.

2. Lobya

Lobya beyin funksiyası ilə birbaşa əlaqəli olan qan şəkəri və qlükoza səviyyəsini tənzimləyir.

3. Brokoli

Brokolinin tərkibində beyin gücünü və idrak funksiyasını yaxşılaşdıran K vitamini var.

4. Qaragilə

Tədqiqatlar təsdiqləyib ki, qaragilə qocalma prosesini ləngidir və Alzheimer xəstəliyi riskini azaldır. Beyinə oksidləşdirici stressin qarşısını almağa kömək edir.

5. Tünd şokolad

Tünd şokolad diqqəti cəmləməyə kömək edə biləcək əhəmiyyətli miqdarda antioksidant və stimullaşdırıcı ehtiva edir.

6. Fındıq

Fındıq E vitamini ehtiva edir. Bu, bilişsel funksiyaları tənzimləməyə kömək edir.

7. Balıq yağı

Ən təsirli omeqa-3 yağları bədənimiz üçün vacibdir, zehnin düzgün işləməsi üçün mütləqdir.

8. Balqabaq toxumu

Gündə 1 ovuc balqabaq tumunu istehlak etməklə, düşüncə və yaddaş bacarıqları üçün çox vacib olan bədəninizin gündəlik sink ehtiyacını təmin etmiş olacaqsınız.

9. Pomidor

Beyin hüceyrələrini zədələnmədən qoruyan güclü antioksidantdır.

10. Dənli bitkilər

Qəhvəyi düyü, yulaf və arpa ürək xəstəliyi riskini azaltmağa kömək edə bilər.

Sadalanan məhsulları əldə edin və öz sağlamlığınızı qoruyun!

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
DİN – “Oğru dünyası” ilə əlaqəsi olan 5 nəfər həbs edilib
Öncəki yazı
Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığı BMT tərəfindən müsbət qiymətləndirilib