This is a specific ad

Yaddaş problemini addım ataraq aradan qaldıra bilərsiniz

44

Another advertisement

Məşq beynin yaddaş və öyrənməyə cavabdeh olan sahələrinin ölçüsünü artırmağa kömək edir və gündə dörd min addım demensiyanın inkişaf ehtimalını azaldır. Amerika alimləri bu qənaətə gəliblər – onlar öz tədqiqatlarının nəticələrini Alzheimer xəstəliyi jurnalında (JAD) dərc ediblər.

Mütəxəssislər 10.000 insanın beyninin MRT müayinəsini araşdıraraq, müntəzəm fiziki fəaliyyətin boz maddə, ağ maddə və hipokampusun tərkibinin artması ilə əlaqəli olduğunu qeyd ediblər. Birincisi məlumatın işlənməsi üçün cavabdehdir, ikincisi beynin müxtəlif hissələrini birləşdirir, sonuncu isə yaddaşın formalaşması üçün vacibdir.

“Hətta orta səviyyəli fəaliyyət, məsələn, gündə dörd minə qədər addım beyin sağlamlığına müsbət təsir göstərir.” “Bu, tövsiyə olunan 10.000 addımdan çox azdır və  demensiyanın inkişaf riskini daha da azaldır”, – məqalədə deyilir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Atışma nəticəsində 3 nəfər dünyasını dəyişib
Öncəki yazı
Məktəblərdə və bağçalarda tədris nə vaxt bərpa olunacaq?