Another advertisement
Xüsusi təyinatlıların kordonunu yaran gənc qadın 2600 lari cərimələnib
Məhkəmə dünən axşam Rustaveli prospektində xüsusi təyinatlıların kordonunu yaran gənc qadını inzibati xəta törətmiş şəxs kimi tanıyıb və 2600 lari məbləğində inzibati cərimə kəsib.
Onun vəkili Laşa Tkeşeladzenin verdiyi məlumata görə, adıçəkilən şəxsin məhkəməsi məlumat verilmədən keçirilib.
Hüquq müdafiəçisi qadının saxlanıldığı müvəqqəti təcridxanaya baş çəkib və o, nə həbs olunanda, nə də sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, polis əməkdaşları onu hadisə yerindən aparıb, suallar veriblər, sonra maşına mindirib və xüsusi təcridxanaya aparıblar.