Xüsusi İstintaq Xidməti ləğv edilir. İstintaq Xidmətinin özünün verdiyi məlumata görə, ləğv edildikdən sonra o, Baş Prokurorluğun yurisdiksiyasına keçəcək.
“Təsdiq edirik ki, Xüsusi İstintaq Xidməti Gürcüstan Baş Prokurorluğuna qoşulacaq. Əlavə təfərrüatlar qanunvericilik təşəbbüsü Gürcüstan Parlamentinin Bürosuna təqdim edildikdən sonra açıqlanacaq. Bu, dəyişikliklərin zəruriliyi və formalarını ətraflı izah edəcək”, – Xüsusi İstintaq Xidmətindən bildiriblər.