Another advertisement
Xüsusi İstintaq Xidmətinin əməkdaşları zorakılıq və hədə-qorxu faktı üzrə Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin müfəttişini həbs ediblər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, 2024-cü il avqustun 6-da Duşeti rayonunun Zemo Bulaçauri kəndində təqsirləndirilən asayiş keşikçisi zərərçəkənin üz və baş nahiyəsinə xəsarət yetirərək, onu və uşaqlarını öldürməklə hədələyib.
“Cinayət 3 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. Faktla bağlı Xüsusi İstintaq Xidməti araşdırmaları davam etdirir”, – deyə məlumatda bildirilir.