This is a specific ad

Xudu bəy Borçalı – XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanımız – TARİXİMİZİ UNUTMAYAQ!

52

Another advertisement

Xudu Borçalı və ya Xudu bəy Borçalinski— XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanıdır. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, çar II İrakli isə Xudiya deyirdi. O, II çar İrakli tərəfindən general rütbəsi almış, gürcü ordusunda süvari dviziyaya rəhbərlik etmişdir.

Xudu bəy Borçalı təxminən 1730-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuşdur. Onun, 1770-in yazında Axısxada göstərdiyi şücaət şahzadələr Teymurazın, BaqratınDavidin, İohanın tarixi icmallarında özəlliklə qeyd olunmuşdur. Gürcüstan və İmeret (Açıqbaş) şahları Rus qoşununun köməyi ilə AxısxanıAzğuruAspindzayı tutmağa getdilər. İraklinin muzdla tutduğu Ləzgi qoşunu Kür çayı üstündəki Aspinza Körpüsündə məğlub olub, qaçmağa üz qoydu, İrakli özu məşhur Ləzgi sərkərdəsini öldürdü, sonra İrakli, Borçalı atlı dəstəsini Qoriyə göndərdi. O, öncəbhə sərdarı Rus generalına məktubunda (əsli Gürcüstan Əlyazmalar İnstitutundadır) yazırdı: “Xudu dörd yüz qoçaq müsəlmanla sizin yanınıza gəlməlidir. Borçalılar yaxşı, mərd adamlardır. Mən bunu yazan vaxtlar həmən qoşun ya gəlmiş, ya da yaxınlaşmış olacaqdır. Bu müsəlman ləşkəri on iki – on üç gün sizin yanınızda qalacaqdır”. Rus qoşunu qəfil atəş xəttindən arxaya çəkildi, buna baxmayaraq, Xudunun, habelə elbəyi Ağbabanın, Muxran ağası Levanın oğlu Simonun dəstələrinin yardımıyla aprelin 20-də körpü tutuldu, Türk qüvvətləri çəkildilər. Borçalının arıq atları möcüzə görsətdilər. İohan, Xudu Bəyi “şanşöhrətli cəngavər” deyə öymüşdür. Xudunun dəstəsi Axıskadan sonra Qarsda da vuruşmuş, daha sonra Gürcüstan ləşgəri içində Naxçıvana yürüş etmiiş, Şükürəli xana qalib gəlmişdir.

Gürcüstan Əlyazmalar İnstitutundakı arxiv bəlgəsində oxuyuruq ki, Gürcüstan qoşun sərdarının kəşfiyyatına görə Sisyana göndərdiyi Xudu (Xudiya) 50 nəfər döyüşçüylə İlandağda İbrahim xanın 200 nəfərlik ön qoşununa qalib gələrək, 8 adamı əsir götürdü, Xudu və Borçalı Topçuoğlu öldürdükləri iki sərkərdənin başını gətirdilər. Şahzadə Teymurazın salnaməsində həmən yürüşə Borçalılardan əlavə qazaxlıların, pəmbəklilərin, şəmşəddillilərin də qatıldıqları bildirilir. 1795-də Sadıq Bəyin QazaxBorçalılardan yığıb Ağa Məhəmməd Xana qarşı çıxardığı qoşuna o sərkərdəlik etmişdir . Ünlü gürcü ədib Sandro Şanşiaşvilinin Ağa Məhəmməd Xanın Tiflisə yürüşü təsvir olunan “Krtsanis Qəhrəmanları” dramında İraklinin ən yaxın sirdaşlarından və sərkərdələrindən biri kimi Xudu Borçalı obrazı da var – İraklinin şəxsi qoruyucusu olan Xudu: “Məni vuruşa göndərin” deyəndə İrakli: “Sən burada mənimlə olacaqsan” deyir və İrakli Qocor yoluyla dağlara çəkiləndə də ona Xudu bələdlik edir .

Sonrakı yazı
Rus ordusu Xersonu atəşə tutdu
Öncəki yazı
Rustavi meriyası:Güclü yağış Rustaviyə ciddi ziyan vurmayıb