Xonidə quduzluq virusuna görə karantin elan edilib

1

Xoni Bələdiyyəsində karantin elan ediləcək.

QafqazTürk.com xəbər verir ki, buna səbəb bələdiyyədə quduzluq virusunun aşkarlanması olub.

Bələdiyyə sədrinin sözlərinə görə qida təhlükəsizliyi xidməti və əhalinin sağlamlığının mühafizəsi vasitəsilə bələdiyyədə bütün lazımi prosedurlar həyata keçiriləcək. Artıq sahibsiz itlərin peyvəndlənməsinə başlanılıb və onlara nəzarət olunur.

Xatırladaq ki, mayın 18-də it 3 azyaşlı uşağı dişləyib. İtlə təmasda olan 12 nəfər müəyyən edilib və onların hamısına virusa qarşı peyvənd vurulub.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
İmir kəndinin ictimai məktəbində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş açıq dərs keçirilib
Öncəki yazı
Türkiyə Prezidenti Sinan Oğana təşəkkür edib