Another advertisement
Xoni Bələdiyyəsində karantin elan ediləcək.
QafqazTürk.com xəbər verir ki, buna səbəb bələdiyyədə quduzluq virusunun aşkarlanması olub.
Bələdiyyə sədrinin sözlərinə görə qida təhlükəsizliyi xidməti və əhalinin sağlamlığının mühafizəsi vasitəsilə bələdiyyədə bütün lazımi prosedurlar həyata keçiriləcək. Artıq sahibsiz itlərin peyvəndlənməsinə başlanılıb və onlara nəzarət olunur.
Xatırladaq ki, mayın 18-də it 3 azyaşlı uşağı dişləyib. İtlə təmasda olan 12 nəfər müəyyən edilib və onların hamısına virusa qarşı peyvənd vurulub.