Bu gün Xocalı soyqırımının (1992-ci il fevralın 25-dən 26-sına keçən gecə) 33-cü ildönümüdür.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, Xocalı soyqırımını yad edərkən kədərlə yanaşı, həm də qürur hissi keçiririk.
Qürurluyuq ki, Xocalı əsl sahiblərinə qaytarılıb, bu yurdun əzəli-əbədi sakinləri artıq yenidən qurulan, abadlaşan Xocalıda məskunlaşıblar.
Ümid edirik ki, Gürcüstanımızın Abxaziya və Cənubi Osetiya bölgləri də qaytarılacaq və bu yurdların da sakinləri evlərinə-yuvalarına qovuşacaqlar.Xocalı soyqırımı ilə bağlı “Haray”, “Fəryad”, “Günəşin batdığı yer”, “Biz qayıdacağıq” kimi bədii filmlər, çoxlu sayda rəssamlıq və musiqi əsərləri yazılıb.
O vaxt Xocalı günəşin batdığı yer sayılırdısa, bu gün günəşin yenidən doğduğu yerdir!
Bir daha gözlərin aydın, Azərbaycan!