Xocalı – Günəşin yenidən doğduğu yer

47

Bu gün Xocalı soyqırımının (1992-ci il fevralın 25-dən 26-sına keçən gecə) 33-cü ildönümüdür.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, Xocalı soyqırımını yad edərkən kədərlə yanaşı, həm də qürur hissi keçiririk.

Qürurluyuq ki, Xocalı əsl sahiblərinə qaytarılıb, bu yurdun əzəli-əbədi sakinləri artıq yenidən qurulan, abadlaşan Xocalıda məskunlaşıblar.

Ümid edirik ki, Gürcüstanımızın Abxaziya və Cənubi Osetiya bölgləri də qaytarılacaq və bu yurdların da sakinləri evlərinə-yuvalarına qovuşacaqlar.Xocalı soyqırımı ilə bağlı “Haray”, “Fəryad”, “Günəşin batdığı yer”, “Biz qayıdacağıq” kimi bədii filmlər, çoxlu sayda rəssamlıq və musiqi əsərləri yazılıb.

O vaxt Xocalı günəşin batdığı yer sayılırdısa, bu gün günəşin yenidən doğduğu yerdir!

Bir daha gözlərin aydın, Azərbaycan!

Sonrakı yazı
Ermənistan Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb
Öncəki yazı
Kutaisi Beynəlxalq Hava Limanı bəyanat yayıb