This is a specific ad

Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub

17

Another advertisement

2023-cü il 24 avqust tarixində Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızının qələmə aldığı “Şəhidlə Şəhidəm” kitabının təqdimat mərasimi olub.

QafqazTürk.com
xəbər verir ki, təqdimat mərasimi Yeni Azərbaycan Partiyasının (YAP) Xızı rayon təşkilatında baş tutub.

Təqdimat mərasimdən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan ərazilərinin ərazi bütövlüyü uğrundan canlarını fəda edən şəhidlərin xatirəsi ehtiramla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev özünün giriş sözü ilə qonaqları salamlayıb və tədbiri açıq elan edib.

Tədbirdə Xızı rayon şəhid ailələri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid oğulların qəhrəmanlıqlarından bəhs edən kitabın müəllifi Raziyə Kamilqızı çıxış edərək gələn qonaqların hər birinə təşəkkürünü bildirib və kitab haqqında geniş məlumat verib.

Daha sonra şəhid ailələri igid oğulların qəhrəmanlıqlarından danışıblar.

Qonaqlar arasından Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xızı rayon üzrə rəisi Fərrux Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət İdarəsi Xızı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Möhsüm Bağırov, Xızı rayon Statistika idarəsinin rəisi Rövşən Quliyev və ZəfərTv kanalının mətbuat katibi Ruslan Kamalov çıxış edərək şəhidləri ehtiramla yad ediblər və müəllifə yaradıcılıq həyatında uğurlar arzulayıblar.

Vətənpərvər məktəbli Etibarcan şeirlər səsləndirib.

Zəfərtv.az saytı adından kitabın müəllifi Raziyə Kamilqızı fəxri diplomla təltif olunub.

Tədbir uğurla başa çatıb və sonda xatirə şəkilləri çəkilib.

Sonrakı yazı
Donald Tramp həbsi ilə ABŞ tarixinə düşdü
Öncəki yazı
Vladimir Putin: “Priqojinin ciddi səhvləri var idi” – VİDEO