This is a specific ad

XİN:Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb

64

Another advertisement

Özünü münaqişənin həll olunması istiqamətində “səy” göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb”

QafqazTürk xəbər verir ki, bu fikirlər Fransa və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransanın xarici işlər naziri Katrin Kolona tərəfindən səsləndirilmiş əsassız iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində əksini tapıb.

“Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik. Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində “səy” göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb” – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Ermənistan tərəfi hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmayıb. Azərbaycanın 8 kəndinin işğalını dayandırmayıb və hərbi-siyasi təxribatlarını davam etdirir.

“Azərbaycan tərəfindən öz suveren ərazisində, ölkənin daxili işi olan sərhəd-keçid məntəqəsinin yaradılmasına müdaxilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ziddir. Sərhəddə giriş-çıxış rejimini tənzimləyəcək məntəqənin yaradılmasını yolu bağlamaq kimi qiymətləndirmək tamamilə yanlışdır. Qərəzli yanaşmalar göstərmək əvəzinə, Fransa tərəfinin Ermənistana müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməyə və Azərbaycana qarşı təxribatları dayandırmaqda əmin etsə daha faydalı olardı”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı bildirib ki, Ermənistan və Azərbaycan liderlərinin Moldovada, Avropa siyasi birliyinin sammitində görüşü keçirilə bilər.

Sonrakı yazı
ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının görüşü
Öncəki yazı
BÜRCLƏR – 29.04.2023