XİN: Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsinin birinci mərhələsinin başa çatıb

5

Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsinin birinci mərhələsi başa çatıb.

Xarici İşlər Nazirliyindən qeyd edildiyi üzrə Sudanın paytaxtı Xartumda olan Gürcüstan vətəndaşları Sudan-Misir sərhədindəki neytral zonaya köçürülüblər. Onların həyatı və sağlamlığı təhlükədə deyil.

Xarici İşlər Nazirliyi yaxın vaxtlarda onların Misirə aparılacaqları və oradan Gürcüstana göndəriləcəyi ilə bağlı məlumat verir.

“Hazırda Gürcüstan vətəndaşları Sudan və Misir sərhədində, neytral zonadadırlar. Onların artıq Sudanı tərk edərək Misirə keçmələrini gözləyirik, oradan da vətənə, Gürcüstana nəql ediləcəklər. Demək olar ki, səfirliklərimiz, tərəfdaşlarımız və şirkətlərin iştirakı ilə bu təxliyə uğurla həyata keçirilib və bu gün heç bir Gürcüstan vətəndaşı Sudanda deyil. Bu ölkədən hamı sağ-salamat çıxarılıb”- deyə xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili açıqlayıb.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Ölkənin səhiyyə naziri qarşıdurmalarda ölənlərin sayının 400 nəfərdən çox olduğunu bildirib.

0
0
Sonrakı yazı
Sudanda tərəflər müvəqqəti atəşkəs barədə razılığa gəliblər
Öncəki yazı
Axondroplaziya sindromlu uşaqların valideynləri daha bir gecəni hökumət administrasiyasında keçiriblər