Fövqəladə halların idarə olunması Xidmətinin məlumatına görə, bir xilasedicinin orta əmək haqqı ayda 1500 lariyə qədərdir.
Bu barədə bu gün xidmətin rəhbəri Temur Bğebrişvili Şovidə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, həmçinin jurnalistlərə bildirib ki, bugünkü məlumatlara görə, 25 nəfər ölüb, 8 nəfərin axtarışları hələ də davam edir. Bundan başqa, 5 cəsədin tanınması üçün lazımi prosedurlar aparılıb və onlar DNT cavablarını gözləyirlər.
Mğebrişvili jurnalistin xilasedicinin orta əmək haqqı ilə bağlı sualını belə cavablandırıb:
“Orta aylıq əmək haqqı 1500 lariyə qədər, minimum isə 1400 laridir”.
Qeyd edək ki, avqustun 3-də Şovidə torpaq sürüşməsi baş verib. Təbii fəlakət zonasında artıq on birinci gündür, axtarış tədbirləri davam etdirilir.