• 25 Fevral 2025 11:25

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Xıdır Nəbi bayramınız mübarək!-GAK-ın bayram təbriki

ByTürkan Şahverdova

Fev 9, 2025
Another advertisement

Xıdır Nəbi bayramınız mübarək!

Bu gün Xıdır Nəbi bayramıdır.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, qədim dövrdən formalaşmış bu qədim türk inancını qoruyub saxlayan, onu yaşadaraq nəsildən-nəslə ötürən bütün bölgələrimizi, hər bir soydaşımızı, hər kəsi ürəkdən təbrik edirik!

Xatırladırıq ki, bu mərasim həm də xalqımızın, bütün Türk Dünyasının zəngin mədəniyyətini, mənəvi dəyərlərini özündə birləşdirir.

Adətə görə, bu gündən sonra qışın çətinlikləri, əziyyətləri arxada qalır, torpağa nəfəs verilir, təbiətdə yazın nəfəsi duyulur.

Deyirlər ki, əgər sabahı gün bayramın əsas atributlarından biri olan qovudun üzərində müəyyən iz olsa, bunu Xıdır Nəbinin əlinin, barmağının və ya atının ayaq izi hesab edirlər. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, arzuları həyata keçəcəkdir.

Çətinlikdə insanların dadına, köməyinə çatan xeyirxahlıq və istilik hamisi olan Xıdır Nəbi uğur, bolluq və bərəkət, həyata keçən diləklər, eyni zamanda sıxıntılardan və yasdan çıxmaq rəmzidir!

Süfrəniz ruzi-bərəkətli olsun, dostlar!

Xıdır Nəbi bayramınız mübarək!

Hörmətlə:

Hüseyn Yusubov

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri