This is a specific ad

XI çağırış parlamenti 150 üzvün hər birinin səlahiyyətini tanıyıb

33

Another advertisement

Bu gün baş tutan parlament iclasında komissiya sədri siyahını oxuyarkən  müxalifət partiyasının nümayəndələri də daxil olmaqla, 150 deputatın hər birinin ayrı-ayrılıqda adını çəkib.

QafqazTürk Media xəbər verir ki, Şalva Papuaşvili jurnalistlərin suallarını cavablayarkən bildirib ki, əldə olan məlumata görə, heç bir müxalif deputat rəsmi şəkildə Mərkəzi Seçki Komissiyasına mandatlığını ləğv etmək barədə müraciət etməyib.

Belə ki, onlar hələ də deputat hesab olunurlar, sadəcə iştirak edib-etməmələri öz seçimlərinə bağlıdır. Mühüm olan nəticə odur ki, parlamentdə yetərli qədər say mövcuddur və bu da o deməkdir ki, parlament rahatlıqla öz iclasını həyata keçirə bilər.

Qeyd edək ki, parlamentdə səlahiyyətlər elan edildikdən sonra “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatları ölkəyə qarşı sədaqət andı içiblər və Gürcüstan himni səslənib.

Sonrakı yazı
Parlament iclasından öncə Şalva Papuaşvili bəzi məsələlərə aydınlıq gətirib
Öncəki yazı
Kirəç Muğanlı kəndinin ictimai məktəbinə hücum olub