This is a specific ad

Xeyrindən çox, zərəri olan “Nimesil” – Nə vaxt istifadə olunmamalıdır?

277

Another advertisement

Son vaxtlar “Nimesil” ağrıkəsicisi ilə bağlı müzakirələr artıb.

QafqazTürk Media xəbər verir ki, bəzi həkimlər onun insan orqanizminə mütxəlif zərərlərinin olduğunu qeyd edirlər.

“Nimesil” preparatı iltihab əleyhinə vasitədir, ağrı kəsir, tempraturu endirir, qeyri-steroid iltihab əleyhinədir.

Həkimlər vurğulayırlar ki, sözügedən preparat məcbur qalmadıqca istifadə edilməməlidir. Bununla yanaşı, dərmanı 12 yaşdan aşağıların istifadə etməsi məsləhətli deyil.

Qeyd olunur ki, “Nimesil” böyrəklərdən xaric olunduğu üçün böyrək çatışmazlığı, böyrəyində xəstəlik olan insanların qəbul etməsi məsləhətli deyil, məcbur qaldıqları halda isə dozası azaldılmalıdır. “Nimesil” müxtəlif reaksiyalar verə bilər. Məsələn: tərləmə, nəfəs darlığı, qızartılar və dəridə qaşınmalar. Düzgün istifadə olunmadığı zaman isə yuxu gətirə, qusmaya, mədə ağrısına səbəb ola bilər.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Giorgi Vaşadze: Oktyabrın 26-dan sonra DTX ləğv ediləcək
Öncəki yazı
Qəzzaya dəyən ziyanın həcmi açıqlanıb