This is a specific ad

Xərçəngin inkişafını dayandırmağa qadir olan ərzaqlar

46

Another advertisement

Elə ərzaqlar var ki, onlar immunitetə müsbət təsir göstərir və xərçəng xəstəliyinə tutulmamağa kömək edir. Bu cür qida immuniteti möhkəmləndirir, orqanizmi tonusda saxlayır, antidepressantlar rolunu yerinə yetirir və emosional-psixi vəziyyəti sakitləşdirir, orqanizmdə xərçəng hüceyrələrinin inkişafını dayandırmağa kömək edir.

QafqazTürk.com xəbər verir ki, xərçəng hüceyrələrinin fəallığının qarşısını almaq qabiliyyətində olan ərzaqlar barədə məlumat verir.

Tərkibində Omeqa-3 yağ turşuları olan ərzaqlar. Orqanizm Omeqa-3 hasil etmir, bu yağ turşularını yalnız qida vasitəsilə ala bilir. Tərkibində Omeqa-3 ilə zəngin olan məhsullardan biri yağlı dəniz balığıdır. Omeqa-3 yağ turşuları bədxassəli hüceyrələrin əmələ gəlməsinə maneə törədir.

Kələm. Xərçəng hüceyrələrinin inkişafını dayandırmaq qabiliyyətinə malik ərzaqlardan biri də kələmdir. Bu tərəvəzin hər bir növü orqanizmdə patoloji hüceyrələrin yayılmasına qarşı mübarizə aparmağa qadirdir.

Sarımsaq. Bu məhsul şişlərin əmələ gəlməsinə təsir edən təhlükəli toksinlərin orqanizmdən çıxmasını stimullaşdıran unikal xassəyə malikdir.

Həkimlərin sözlərinə görə, bitki mənşəli ərzaqlar ümumi gündəlik rasionun 70 faizini təşkil etməlidir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
NATO-dan Ukraynaya təcili dəstək ÇAĞIRIŞI
Öncəki yazı
Dünya bazarında neft qiymətləri