XƏBƏRDARLIQ: Tbilisidə qotur xəstəliyinin yayılma halları artıb

14

Son günlər Tbilisidə klinikalara qotur (scabie) diaqnozu ilə müraciət edənlərin sayı artıb. Qotur gənə tərəfindən törədilən parazitar dəri infeksiyasıdır.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı terapevt, psixoloq və nutrisiologiya rezidenti Mamuka Raşoyan sosial şəbəkədə yazıb.

Həkimin sözlərinə görə , xəstəliyin əsas əlamətləri arasında güclü qaşınma, xüsusən gecə saatlarında, dəridə kiçik səpgilər və qızartı, eləcə də barmaqlar arasında, biləklərdə, qarın, döş nahiyəsində və cinsi orqan ətrafında səpgilərin əmələ gəlməsi göstərilir.

Qotur birbaşa dəri təması və ya geyim, yataq dəsti və yastıq paylaşımı ilə yayıla bilər. İnkubasiya dövrü orta hesabla 1–2 həftədir.

Dermatoloqlar bildirirlər ki, xəstəliyin müalicəsi üçün həkimə müraciət vacibdir və özbaşına müalicədən çəkinmək lazımdır. Müalicə zamanı geyim və yataq dəstlərinin yüksək temperaturda yuyulması və ütülənməsi, ailə üzvlərinin profilaktik müalicəsi, ev və ətraf mühitin təmizliyi, şəxsi əşyaların paylaşılmaması və gigiyena qaydalarına riayət vacibdir.

Həkimlər xəbərdarlıq edir ki, güclü qaşınma, xüsusən gecə saatlarında müşahidə olunarsa, dərhal tibbi yardım alınmalıdır. Qotur vaxtında və düzgün müalicə ilə sağalır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İrlandiya 52 gürcü miqrantını deportasiya edib – ƏTRAFLI
Öncəki yazı
İlham Əliyev – Ermənistanda Sevan gölü kimi adlanan göl, Göyçə gölüdür