Həkimin sözlərinə görə , xəstəliyin əsas əlamətləri arasında güclü qaşınma, xüsusən gecə saatlarında, dəridə kiçik səpgilər və qızartı, eləcə də barmaqlar arasında, biləklərdə, qarın, döş nahiyəsində və cinsi orqan ətrafında səpgilərin əmələ gəlməsi göstərilir.
Qotur birbaşa dəri təması və ya geyim, yataq dəsti və yastıq paylaşımı ilə yayıla bilər. İnkubasiya dövrü orta hesabla 1–2 həftədir.
Dermatoloqlar bildirirlər ki, xəstəliyin müalicəsi üçün həkimə müraciət vacibdir və özbaşına müalicədən çəkinmək lazımdır. Müalicə zamanı geyim və yataq dəstlərinin yüksək temperaturda yuyulması və ütülənməsi, ailə üzvlərinin profilaktik müalicəsi, ev və ətraf mühitin təmizliyi, şəxsi əşyaların paylaşılmaması və gigiyena qaydalarına riayət vacibdir.
Həkimlər xəbərdarlıq edir ki, güclü qaşınma, xüsusən gecə saatlarında müşahidə olunarsa, dərhal tibbi yardım alınmalıdır. Qotur vaxtında və düzgün müalicə ilə sağalır.
