This is a specific ad

Xaşuridə etiraz aksiyası keçirilib

42

Another advertisement

Vətəndaşlar Xaşuri küçələrində etiraz yürüşü keçiriblər. Mitinq iştirakçıları Avropa İttifaqının və Gürcüstanın bayraqları ilə şəhərin küçələri ilə yürüş ediblər. Onların sözlərinə görə, Avropaya inteqrasiya prosesinin dayandırılmasına etiraz edirlər.

QafqazTürk Media xəbər verir ki, nümayişçilər həmçinin Dairə Seçki Komissiyasında olublar və orada simvolik olaraq üzərində qara nöqtələr olan ağ vərəqlər qoyublar. Bu formada seçkilərin saxtalaşdırılmasına etiraz edirlər.

Həmçinin mitinq iştirakçıları “Gürcü arzusu”nun ofisinə doğru yürüş edərək, oraya yumurta atıb, “Gürcü arzusu”nun bayrağını endiriblər.

Vətəndaşlar Xaşurinin polis idarəsinə yürüş edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarını xalqa qarşı hərəkət etməməyə çağırıblar. Bundan başqa, Daxili İşlər Nazirliyindən aksiyalar zamanı həbs edilən şəxslərin azadlığa buraxılması tələb olunub.

Sonrakı yazı
Kaza Kaladze meriya işçilərinin bəyanatına fikir bildirib
Öncəki yazı
“Tbilisi Avropanın əsl paytaxtıdır”-Mixail Rot