This is a specific ad

Xaricilər Gürcüstanda 129 qumar biznesinə sahibdirlər – Bu sahədə ölkədə liderlik edən xarici ölkə…

378

Another advertisement

1 oktyabr 2024-cü il tarixinə olan məlumata əsasən, xarici ölkə vətəndaşları Gürcüstanda ümumilikdə 129 qumar biznesi subyektini qeydiyyatdan keçirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Sakstat məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə artım tempidir. O cümlədən, 2022-ci ilə kimi ölkədə 119 xarici qumar müəssisəsi qeydiyyatdan keçib.

Bundan əlavə, 2024-cü ilin hesabat dövrünə ölkədə səhmlərində əcnəbiyə üstünlük verilməklə, yerli ilə yanaşı, əcnəbiyə məxsus olan daha 21 şirkət sözügedən fəaliyyətlə məşğuldur.

Nümayəndələrinin ölkədə ən çox qumar biznesinə sahib olduğu ölkələrə gəlincə, Türkiyə və Rusiya liderdir.

Daha dəqiq desək, vətəndaşları Gürcüstanda ən çox qumar şirkətlərinə sahib olan beş ölkəni təklif edirik:

Türkiyə – 38 sahibkarlıq subyekti
Rusiya – 31 sahibkarlıq subyekti
İsrail – 12 sahibkarlıq subyekti
Kipr – 10 sahibkarlıq subyekti
Ermənistan – 9 sahibkarlıq subyekti
Əlavə olaraq qeyd edək ki, sözügedən fəaliyyətlə məşğul olan 100 sahibkarlıq subyektinin mənşəyi ümumiyyətlə məlum deyil.

Statistika Xidmətinin son məlumatlarına görə, Gürcüstanda ümumilikdə 1186 qumar obyekti qeydiyyatdan keçib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
+19 გრადუსი – ამინდის პროგნოზი ქალაქების მიხედვით
Öncəki yazı
Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacağını açıqlayıb