This is a specific ad

“Xarici təsirin şəffaflığı haqqında” qanuna riayət edən QHT-lərin sayı etiraz edənlərdən çoxdur

246

Another advertisement

Gürcüstan Ədliyyə Nazirliyinin Şəffaflıq Reyestrində qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının (QHT) sayı “Xarici təsirin şəffaflığı haqqında” Qanundan şikayət edən təşkilatların sayını ötüb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, Şəffaflıq Reyestrində bu gün üçün 144 təşkilat qeydiyyatdan keçib, 300-dən çox təşkilatın qeydiyyat müraciəti isə işlənilmə prosesindədir.

Parlamentin sədri deyib ki, bu günə qədər 136 QHT “Xarici təsirin şəffaflığı haqqında” Qanundan şikayət edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Şimali Koreya Cənubi Koreyanı “düşmən dövlət” elan edib
Öncəki yazı
Türkiyə ordusu son bir həftədə 45 terrorçu zərərsizləşdirib