Xarici ölkədən Gürcüstana gələn şəxs evində 1 il əvvəl ölmüş şəxsin cəsədi ilə qarşılaşıb

127

Tuşetinin Omalo kəndində, evlərin birində təxminən 1 il əvvəl ölən şəxsin meyiti tapılıb.

Qafqaztürk.com xəbər verir ki, mövcud məlumata görə, cəsədi xaricdə yaşayan və 2 ildir Omaloya getməyən ev sahibi tapıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Yerli sakinlərin dediyinə görə, ölən şəxs, ehtimal ki, xarici ölkənin kişi vətəndaşıdır və bir ildən çox əvvəl dünyasını dəyişib.

“Evin sahibi illərdir ki, gəlmir, indi evi təmir etməyə gəlib və belə bir hadisə ilə qarşılaşıb. O, cəsədi asılmış vəziyyətdə tapıb. Ev sahibi dərhal polisə zəng edərək hadisə ilə əlaqədar məlumat verib”, – yerli sakinlər deyir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ერთ-ერთ სახლში, დაახლოებით 1 წლის წინ გარდაცვლილი ადამიანის ცხედარი იპოვეს
Öncəki yazı
Azərbaycan bayrağını öpən Türkiyə polisi mükafatlandırıldı