Xarici işlər naziri İliya Darçiaşvili İordaniya Haşimilər Krallığında səfərdədir.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Əldə olan məlumata görə, səfər çərçivəsində sentyabrın 15-də İliya Darçiaşvili İordaniya Krallığının baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl Safadi ilə görüş keçirib.
“Görüşdə xarici işlər nazirləri Gürcüstan və İordaniya Haşimilər Krallığı arasında dostluq əlaqələri və sıx əməkdaşlığı vurğuladılar. İlia Darçiaşvili və Ayman Əl Safadi qeyd olunan əlaqələrin qorunub saxlanılması və inkişafı istiqamətində fəal işləməyə hazır olduqlarını bildiriblər.
Görüşdə İordaniya ilə Gürcüstan arasında iqtisadiyyat, turizm və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsinin zəruriliyi də qeyd olunub. Nazirlər iki ölkə arasında vizasız gediş-gəliş rejiminin əhəmiyyətindən də danışıblar ki, bu da insanlar arasında münasibətlərin dərinləşməsinə əlavə təkan verəcək.
Təhsil və mədəniyyət sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. İliya Darçiaşvili həmkarına Gürcü Mədəniyyət Mərkəzinin tikintisi üçün İordan çayı yaxınlığında Xilaskarın vəftiz olunduğu yerin yaxınlığındakı torpaq sahəsini təhvil verdiyinə görə təşəkkür edib. İliya Darçiaşvili Ayman Əl Safadini Gürcüstan tərəfinin həyata keçirdiyi cari işlərlə tanış edib. İki ölkə arasında yüksək səviyyəli səfərlərin mübadiləsinin zəruriliyi vurğulanıb.
Bundan əlavə, görüş zamanı söhbət edərkən, regionda baş verən hadisələrə və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyinə toxunulub. Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib. İliya Darçiaşvili İordaniya kralı II Abdullah İbn əl-Hüseyni öz istədiyi vaxt gələ biləcəyini vurğulayaraq, Gürcüstana dəvət edib”, – bu haqda Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.