Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsini pisləyir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozan prezident seçkilərinin keçirilməsi düzgün deyil.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətləri düzgün qiymətləndirməyə və lazımi cavab verməyə çağırır.
Gürcüstanın ayrılmaz ərazilərinin Rusiya tərəfindən işğalı fonunda və Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmaq imkanının verilmədiyi, yerdə qalan əhalinin isə əsas hüquq və azadlıqların hər hansı bir şəkildə pozulduğu şəraitdə yaşamaq məcburiyyətində qaldığı bir şəraitdə keçirilən seçkilər qeyri-qanunidir və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd olduğu üçün heç bir hüquqi nəticə verə bilməz.
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətləri dayandırmağa, beynəlxalq öhdəliklərini, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il 12 avqust tarixli atəşkəs sazişini yerinə yetirməyə və qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırır”, – bəyanatda deyilir.