This is a specific ad

Xaricdəki səsvermədə Ərdoğan liderlik edir

110

Another advertisement

Türkiyə xaricindəki seçki bülletenlərinin 67,33%-i sayılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İlkin nəticələrə əsasən, xaricdə keçirilən səsvermədə hazırkı prezident Rəcəb Tayyib Ərdoğan liderdir.

Rəcəb Tayyib Ərdoğan: 55,36%

Kamal Kılıçdaroğlu: 41,26%

Sinan Oğan: 2,20% səs 

Qeyd edək ki, Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45%, ATA İttifaqının namizədi Sinan Oğan 5,22%, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43% (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.

Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31%, “Millət İttifaqı” 35,19%, “Əmək və Azadlıq İttifaqı” 10,51%, “Ata İttifaqı” 2,46%, “Sosialist Güc Birliyi” 0,29% səs toplayıb.

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50%-dən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə yaşayış evində yanğın baş verib
Öncəki yazı
Gürcüstanda işsizlik səviyyəsi – STATİSTİKA