This is a specific ad

Xankəndidə “Qarabağ” qələbə qazandı

60

Another advertisement

Azərbaycan kubokunda 1/8 final mərhələsinin son oyun günündə 2 matç keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, günün ilk görüşü Xankəndidə baş tutacaq.

Müstəqillik illərində ilk dəfə rəsmi oyunu Xankəndi şəhər stadionu qəbul edəcək. Bu tarixi qarşılaşmada “Qarabağ”la MOİK üz-üzə gələcək. Premyer Liqanın lideri I Liqa təmsilçisi ilə görüşdə favorit sayılsa da, Ordu klubu meydana sensasiya üçün çıxacaq.

Bu cütün qalibi 1/4 finalda “Sabah”la görüşəcək. Mərhələnin matçları 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, Əli Əliyevin start fitindən sonra oyunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başladıb.

Xatırladaq ki, bu gün 1/8 finalın daha bir oyunu təşkil olunacaq.

Azərbaycan kuboku

1/8 final

21 dekabr

14:00. “Qarabağ” – MOİK – 1:0 

Qol: Nəriman Axundzadə 90 (+5)

Xankəndi şəhər stadionu

Kateqoriya: Dünya, İdman
Sonrakı yazı
22 dekabra olan hava şəraiti – PROQNOZ
Öncəki yazı
როგორ შეარჩიოთ საჩუქარი დედამთილისთვის ახალ წელს