Xankəndindəki separatçı rejimlə Rusiya sülhməramlılarının komandanlığı arasında qarşıdurma yaranıb.
QafqazTürk xəbər verir ki, bu barədə erməni mətbuatı “Hraparak” məlumat yayır.
“Sülhməramlıların komandanlığı separatçı rejimin açıq şəkildə anti-Rusiya mövqeyindən narahatdır. Xüsusilə qondarma “dövlət naziri” Qurgen Nersisyanın ötən həftə Bakıya səfər edən Aleksandr Lentsovun heç bir nəticə əldə edə bilməməsi haqda dedikləri sülhməramlıların komandanlığında narazılıqla qarşılanıb.” – məlumatda qeyd edilir.
Məlumtda qeyd edilir ki, separatçı rejimin daxilində də çaşqınlıq yaranıb. Bir çoxları qondarma “dövlət naziri”nin qeyri-iş günü olan həftə sonu niyə belə açıqlama verdiyini anlamır.
“Belə fikirlər var ki, onları Nikol Paşinyan idarə edir və verilən açıqlamaların sifarişi də İrəvandan gəlib”, – “Hraparak” yazır.
Qeyd edək ki, Lentsov Bakıda Laçın sərhəd-keçid məntəqəsinin götürülməsini müzakirə etmək istəyib. Lakin Azərbaycan Müdafiə Nazirliyində ona bu məsələnin müzakirə mövzusu olmadığı izah edilib.