Another advertisement
Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.
QafqazTürk.com xəbər verir ki, deputat Ramin Məmmədov mart ayında İlham Əliyev tərəfindən Qarabağ bölgəsinin erməni sakinləri ilə təmaslara cavabdeh təyin edilib.
Ramin Məmmədov Qarabağın Ağdərə şəhərindəndir.