Xankəndidəki partlayışda ölənlərin sayı 20-yə çatdı

0

Sentyabrın 25-də axşam Xankəndidə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 290 zərərçəkən tibb məntəqələrinə yerləşdirilib. 7 nəfər xəstəxanada ölüb. 13 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilməyib”, – deyə qeyd olunub.

Xatırladaq ki, PA-nın yaydığı məlumata görə, bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Dünya bazarında neft qiymətləri
Öncəki yazı
Vanqanın 2024-cü il kəhanəti insanları qorxuya salıb